• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan

Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
31.01.2025 18:10
Yanvarın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanla münasibətlərin tənzimlənməsi ilə bağlı bir sıra vacib açıqlamalar verib.

O, xüsusilə Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılmasına razı olduğunu bildirib.

"Biz Minsk Qrupunun buraxılmasının Azərbaycan üçün də eyni məna daşıdığına və bunun yeni bir münaqişənin başlanğıcı olmayacağına əmin olmaq istəyirik", –  Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, rəsmi İrəvanın Azərbaycan tərəfinin yeni ərazi iddiaları ola biləcəyinə dair əsasları var və bunu "Qərbi Azərbaycan" ritorikası ilə əlaqələndirib.

"Bu, Ermənistanın ərazi bütövlüyünə birbaşa təhdiddir", –  o qeyd edib.

"Ermənistan Konstitusiyasını dəyişməyəcək"

Paşinyan həmçinin Azərbaycanın Ermənistan Konstitusiyasını dəyişdirmək tələbi ilə bağlı mövqeyini açıqlayıb.

"Ermənistan Konstitusiya Məhkəməsi təsdiq edib ki, bizim Konstitusiyamızda Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur", – o bildirib.

Onun sözlərinə görə, razılaşdırılmış sülh müqaviləsinin mətni bu məsələləri tamamilə həll edir və saziş imzalandığı halda Bakının Ermənistan Konstitusiyası ilə bağlı narahatlığı aradan qalxacaq.

Paşinyan bəyan edib ki, Ermənistan digər suveren ölkələr kimi ordusunu qoruyacaq və onun əsas vəzifəsi ölkənin təhlükəsizliyini təmin etmək olacaq.

"Ermənistanın bəzi əraziləri hazırda nəzarətimizdə deyil, lakin biz bu əraziləri hərbi yolla qaytarmağa çalışmayacağıq. Çünki bu məsələ sərhədin delimitasiyası və Almatı Bəyannaməsinə əsasən həll edilməlidir", – o bildirib.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Siyasət 13:27
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Azərbaycan XİN Polşaya başsağlığı verib
Siyasət 12:31
Azərbaycan XİN Polşaya başsağlığı verib
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
Siyasət 12:05
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
İlham Əliyev Ərdoğana başsağlığı verib
Siyasət 11:47
İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 10:10
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyasət 20:30
Azərbaycan Türkiyəyə başsağlığı verib
Özgür Özəl İlham Əliyevə zəng edib
Siyasət 15:09
Özgür Özəl İlham Əliyevə zəng edib
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
İlham Əliyev Kamboca Kralını təbrik edib
Siyasət 11:48
İlham Əliyev Kamboca Kralını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol