Özgür Özəl İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.Bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.
“Telefon danışığı zamanı Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunub”, – məlumatda deyilir.
Son xəbərlər 
Daha çox 























