• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Peru arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Peru arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
29.11.2026 18:02

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Peru XİN arasında noyabrın 27-də videokonfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.Bu barədə Azərbaycanın xarici siyasət idarəsi məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Peru nümayəndə heyətinə isə ölkənin Xarici İşlər Nazirliyinin Xaricdəki Peru İcmaları və Konsulluq İşləri üzrə Baş idarəsinin direktoru Pedro Bravo Karranza rəhbərlik edib.

Görüşdə hər iki ölkənin xarici siyasət qurumlarının əməkdaşları ilə yanaşı, Azərbaycan Daxili İşlər, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, eləcə də DOST Agentliyinin nümayəndələri, Azərbaycanın Meksikadakı səfirliyinin və Perudakı diplomatik ofisinin əməkdaşları iştirak ediblər.

Məsləhətləşmələr zamanı konsulluq sahəsində əməkdaşlığın inkişaf perspektivləri, ikitərəfli müqavilə-hüquq bazasının gücləndirilməsi, o cümlədən ümumvətəndaş pasportu sahibləri üçün qarşılıqlı vizasız gediş-gəlişin təmin edilməsi imkanları müzakirə olunub.

Həmçinin konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, bu sahədə həyata keçirilən layihələr və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, iki ölkə arasında daxili işlər, təhsil, əmək və digər əlaqəli sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb
Siyasət 23:50
Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb
Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Siyasət 12:37
Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib
Siyasət 12:02
İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib
Azərbaycan XİN Albaniyanı müstəqillik günü münasibətilə təbrik edib
Siyasət 10:26
Azərbaycan XİN Albaniyanı müstəqillik günü münasibətilə təbrik edib
Ukrayna səfiri Bakıda Estoniyanın xarici işlər naziri ilə görüşüb
Siyasət 22:35
Ukrayna səfiri Bakıda Estoniyanın xarici işlər naziri ilə görüşüb
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması münasibətlərdə yeni mərhələdir
Siyasət 21:15
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması münasibətlərdə yeni mərhələdir
Ceyhun Bayramov Qətərin xarici işlər üzrə dövlət nazirini qəbul edib
Siyasət 19:17
Ceyhun Bayramov Qətərin xarici işlər üzrə dövlət nazirini qəbul edib
Prezident bu qanunu təsdiqləyib
Siyasət 17:30
Prezident bu qanunu təsdiqləyib
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol