• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenski cəbhə xəttində atəşkəsə hazır olduğunu bildirib

Zelenski cəbhə xəttində atəşkəsə hazır olduğunu bildirib
29.11.2026 11:53

Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik danışıqlara keçmək üçün Kiyevin mövcud təmas xətti üzrə atəşkəsə razılaşmağa hazır olduğunu təsdiqləyib.

Zelenski bu barədə "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

Ukrayna Prezidenti belə bir addımı "çox böyük kompromis" adlandırıb və ABŞ Prezidenti Donald Trampın bütün məsuliyyəti Ukraynanın üzərinə qoymadan müharibəni başa çatdırmağın ədalətli yolunu tapa biləcəyinə ümid etdiyini bildirib.

"Biz belə addımlara – olduğumuz yerdə qalmağa və dayanmağa hazırıq. Biz toqquşma xəttində atəşkəsdən danışırıq. Bu, kompromisdirmi? Əlbəttə, çox böyük kompromisdir. Biz anlayırıq ki, o (Rusiya Prezidenti Vladimir Putin – red.), torpağımızdan getmək istəmir. Məhz buna görə də biz deyirik: yaxşı, burada dayanaq və diplomatiyaya keçək", – Zelenski qeyd edib.

Vaşinqtonun münaqişənin nizamlanmasındakı rolundan danışan Ukrayna Prezidenti bildirib ki, diplomatik səyləri davam etdirmək üçün Trampda zəruri konstitusiya səlahiyyətləri qalmaqdadır.

"Ümid edirəm ki, o (Tramp – red.) bu müharibəni necə başa çatdırmağın yolunu axtarmağa davam edəcək, amma bunun altını Ukraynanın çəkməli olduğu bir vəziyyətdə yox, çünki bu, doğru deyil", – Ukrayna lideri vurğulayıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 39 vilayət üçün sarı xəbərdarlıq verilib
Dünya 09:26
Türkiyədə 39 vilayət üçün sarı xəbərdarlıq verilib
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinin sistemlərinə kiberhücum edilib
Dünya 09:23
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinin sistemlərinə kiberhücum edilib
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Dünya 08:45
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Stiv Uitkoff Ukrayna ilə bağlı Senatda qapalı brifinq keçirəcək
Dünya 23:10
Stiv Uitkoff Ukrayna ilə bağlı Senatda qapalı brifinq keçirəcək
Los-Anceles sahillərində 5 maqnitudalı zəlzələ olub
Dünya 23:04
Los-Anceles sahillərində 5 maqnitudalı zəlzələ olub
Netanyahu baş nazir postunu Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib
Dünya 22:35
Netanyahu baş nazir postunu Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib
Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub
Dünya 21:52
Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub
Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər
Dünya 19:31
Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər
Президент Греции у Эрдогана
Dünya 18:42
Президент Греции у Эрдогана
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol