Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Əhməd Vəliyev Azərbaycan Respublikasında təhsil sahəsində xidmətlərinə görə təltif olunub.
Sabiq deputat Əhməd Vəliyevin bu gün 80 yaşı tamam olur.
























