Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə zərbələr endirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada “Ənsar Allah” (husilər) hərəkatına məxsus istehsal obyektlərinə zərbələr endirib.
Koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Maliki əməliyyatın görüntülərini “X” sosial şəbəkə hesabında paylaşıb.
Bildirilib ki, əməliyyat noyabrın 26-da həyata keçirilib. Görüntülərdə sənaye kompleksi ərazisində bir neçə obyektin vurulması, daha sonra partlayışların baş verməsi və ərazidən tüstünün yüksəlməsi əks olunub.
Zərbələr nəticəsində dəymiş ziyanın miqyası və husilər arasında itkilər barədə məlumat verilməyib.
























