Bərdədə 4 otaqlı ev yanıb

Bərdə rayonunun Cəyirli kəndində fərdi yaşayış evində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, kənd sakini Ziyad Cullu oğlu Məmmədova məxsus dördotaqlı ev yanıb.
Yanğın nəticəsində ev əşyaları, o cümlədən ev sahibinin yeni ailə quran övladına məxsus cehiz əşyaları yararsız hala düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələrinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb və alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır. Yanğının başvermə səbəbi müəyyənləşdirilir.
Son xəbərlər 
Daha çox 























