• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistanda silahlıların hücumu nəticəsində 11 mədənçi həlak olub

Pakistanda silahlıların hücumu nəticəsində 11 mədənçi həlak olub
29.11.2026 22:32

Pakistanın Bəlucistan vilayətinin Kohlu rayonunda naməlum silahlı şəxslərin hücumu nəticəsində 11 kömür mədəni işçisi həlak olub.

Bu barədə “Dawn” qəzeti polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edənlər şaxtaçıların olduğu iki pikapı saxlayaraq onları qaçırıblar. Daha sonra cinayətkarlar sürücüləri sərbəst buraxıb, sərnişinləri öldürüb və hadisə yerindən qaçıblar. Hadisənin digər təfərrüatları açıqlanmır.

Əfqanıstanla həmsərhəd olan Hayber-Paxtunxva və Bəlucistan əyalətlərinin payına Pakistanda törədilən terror hücumlarının 90 faizi düşür. Hər iki bölgədə müxtəlif silahlı qruplaşmalar etnik azlıqların – puştunların və bəlucların hüquqlarını müdafiə etmək bəhanəsi ilə Pakistanın təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücumlar həyata keçirirlər.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötüb
Dünya 22:07
Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötüb
Türkiyənin Moskvadakı səfirliyinin binasında yanğın olub
Dünya 20:27
Türkiyənin Moskvadakı səfirliyinin binasında yanğın olub
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib
Dünya 16:54
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib
Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb
Dünya 12:50
Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb
Zelenski cəbhə xəttində atəşkəsə hazır olduğunu bildirib
Dünya 11:53
Zelenski cəbhə xəttində atəşkəsə hazır olduğunu bildirib
Türkiyədə 39 vilayət üçün sarı xəbərdarlıq verilib
Dünya 09:26
Türkiyədə 39 vilayət üçün sarı xəbərdarlıq verilib
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinin sistemlərinə kiberhücum edilib
Dünya 09:23
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinin sistemlərinə kiberhücum edilib
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Dünya 08:45
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Stiv Uitkoff Ukrayna ilə bağlı Senatda qapalı brifinq keçirəcək
Dünya 23:10
Stiv Uitkoff Ukrayna ilə bağlı Senatda qapalı brifinq keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol