• $
  • €
  • ₽
  • ₺
  • £

Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötüb

Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötüb
29.11.2026 22:07

Konqo Demokratik Respublikasında Ebola epidemiyasından ölənlərin sayı 6 025 nəfərə çatıb.Bu barədə "Reuters" rəsmi məlumatlara istinadən məlumat yayıb.

Ölkənin səkkiz əyalətində təsdiqlənmiş yoluxma hallarının sayı 12 200-ü ötüb.

Hazırkı, 17-ci Ebola epidemiyası mayın 15-də elan edilib. Epidemiyaya təsdiqlənmiş peyvəndi və spesifik müalicə üsulu olmayan Bundibuqio virusu səbəb olur.

Hakimiyyət orqanlarının məlumatına görə, ölüm nisbəti təxminən 49 faiz təşkil edir. Bir çox xəstə tibbi yardıma gec müraciət edir və ya ümumiyyətlə müalicə olunmur. Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölüm hallarının 60 faizdən çoxu səhiyyə müəssisələrindən kənarda baş verir.

İnfeksiyanın yayılması maliyyə çatışmazlığı, səhiyyə müəssisələrinə ictimai inamsızlıq və bəzi bölgələrdə qeyri-sabitliklə əlaqələndirilir. Noyabrda bir neçə səhiyyə işçisi silahlı toqquşmalar səbəbindən İturi əyalətindəki xəstəxanada qalıb.

Hazırkı epidemiya 2014-2016-cı illərdə Qərbi Afrikada 11 mindən çox insanın həyatına son qoyan Ebola epidemiyasından sonra ikinci ən böyük epidemiya hesab olunur.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyənin Moskvadakı səfirliyinin binasında yanğın olub
Dünya 20:27
Türkiyənin Moskvadakı səfirliyinin binasında yanğın olub
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib
Dünya 16:54
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib
Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb
Dünya 12:50
Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb
Zelenski cəbhə xəttində atəşkəsə hazır olduğunu bildirib
Dünya 11:53
Zelenski cəbhə xəttində atəşkəsə hazır olduğunu bildirib
Türkiyədə 39 vilayət üçün sarı xəbərdarlıq verilib
Dünya 09:26
Türkiyədə 39 vilayət üçün sarı xəbərdarlıq verilib
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinin sistemlərinə kiberhücum edilib
Dünya 09:23
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinin sistemlərinə kiberhücum edilib
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Dünya 08:45
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Stiv Uitkoff Ukrayna ilə bağlı Senatda qapalı brifinq keçirəcək
Dünya 23:10
Stiv Uitkoff Ukrayna ilə bağlı Senatda qapalı brifinq keçirəcək
Los-Anceles sahillərində 5 maqnitudalı zəlzələ olub
Dünya 23:04
Los-Anceles sahillərində 5 maqnitudalı zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol