2020-ci ildə Azərbaycanda 36 şagirdə 1 kompüter düşürdüsə, 2026-cı ildə bu rəqəm hər 6 şagirdə 1 kompüter təşkil edəcək. Bu barədə təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib.
Onun sözlərinə görə, cari ilin əvvəlinəölkədə 1365 məktəb fiber-optik şəbəkəyə qoşulub.
2003-2023-cü illər ərzində ölkədə ümumilikdə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib.
Nazir müavini qeyd edib ki, 2017-2022-ci illərdə 414 modul tipli məktəb istifadəyə verilib ki, bu bir milyondan çox şagirdin tədris şəraitini yaxşılaşdırılıb.
Təhsil naziri Emin Əmrullayev 400 məktəbin hələ də qəzalı vəziyyətdə olduğunu deyib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !