223 nəfərin diplomu tanınmadı - Agentlik

12:39 | 07.10.2024
223 nəfərin diplomu tanınmadı - Agentlik

223 nəfərin diplomu tanınmadı - Agentlik

Sentyabrda xaricdə təhsil alan 223 nəfərin diplomu tanınmayıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib. 
 
Ümumilikdə müraciət edən 787 nəfərdən 554-nə müsbət cavab verilib.  
 
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 265, Rusiyadan 242, Ukraynadan 126, Gürcüstandan 40, Birləşmiş Krallıqdan 28, Belarusdan 21, Polşadan 10, Macarıstandan 8, Litvadan 6, Almaniyadan 5, Amerika Birləşmiş Ştatlarından 5, İtaliyadan 4, Niderlanddan 4, Çindən 3, İrandan 3, Kiprdən 3, Latviyadan 3, Qazaxıstandan 3, Bolqarıstandan 1, Çexdən 1, Fransadan 1, Kanadadan 1, Malayziyadan 1, Özbəkistandan 1, Pakistandan 1, Qırğızıstandan 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 57, biznesin idarə edilməsi üzrə 53, menecment üzrə 51, iqtisadiyyat üzrə 49, tibb üzrə 34 müraciət qeydə alınıb.
 
 
Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2023-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılıb. Təhsil Nazirliyinin tabeliyində olan agentlik publik hüquqi şəxs statusu əsasında fəaliyyət göstərir.
 
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılmasında məqsəd insan kapitalının inkişafı,  təhsilin keyfiyyəti müasir çağırışlara uyğunlaşdırılmalıdır.

Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti