Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov 23 il əvvəl Avropa çempionatında bürünc medalı belə qazanıb.
BAKU.WS xəbər verir ki, "qafqazinfo" Firdovsi Umudovun 1995-ci ildə Almaniya Viten şəhərində sərbəst güləş üzrə Avropa çempionatı zamanı görüntülərini əldə edib.
Gərgin keçən döyüşlərdən sonra, güləşçi çempionatın bürünc medalını qazanıb.
Qeyd edək ki, Firdovsi Umudov məşqçilikdən əlavə, idmançı kimi də bir çox uğurlara sahibdir. O dəfələrlə Azərbaycan çempionu, gənclərin Avropa Birinciliyinin bürünc, tələbələrin dünya çempionatının gümüş mükafatçısı və dünya kubokunun qalibidir.
2005-ci ildən isə Azərbaycanən sərbəst güləş üzrə milli komandada məşqçi kimi çalışır. 2009, 2012, 2015– ci illərdə Azərbaycanın, 2012-ci ildə isə Dünyanın "ən yaxşı məşqçi”si adına layiq görülüb.
Xatırladaq ki, idman ustası və əməkdar məşqçi Firdovsi Umudov ölkə başçısı tərəfindən "Şöhrət" ordeni (2012), "Tərəqqi" medalı (2016) və Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2015) təltif edilib.
Həmçinin F.Umudov 2015-ci ildə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən Polkovnik-leytenant hərbi rütbəsi ilə təltif olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !