2,3 milyon Azərbaycan vətəndaşı seçkilərdə iştirak etməyəcək - SƏBƏB

Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu ilin dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri üçün 5 milyon 20 min 287 ədəd seçki bülleteni hazırlanacaq.
Yeniavaz.com xəbər verir ki, hər bir seçici üçün 1 ədəd seçki bülleteni nəzərdə tutulduğu üçün bu, ölkə əhalisinin təxminən yarısının seçkilərdə iştirak edəcəyi deməkdir.
Onu da bildirək ki, açıqlanan son rəsmi məlumatlarda təxminən 2,7 milyon şəxsin yaşı 18-dən az olduğu üçün onların seçkilərdə iştirak hüququ yoxdur.
10 milyonluq ölkə əhalisinin sayından 2,7 milyon seçkilərdə iştirak hüququ olmayan şəxslərin sayını çıxdığımız zaman təxminən 7,3 milyon vətəndaşın seçkilərdə iştirak etməsi lazımdır. Amma qeyd etdiyimiz kimi Mərkəzi Seçki Komissiyası 5 milyon seçki bülleteni hazırlayacaq. Bu həm də o deməkdir ki, təxminən 2,3 milyon şəxs seçkilərdə iştirak etməyəcək.
Məlumat üçün bildirək ki, Seçki Məcəlləsinin 16-cı maddəsində qeyd olunur ki, səsvermə günü xarici dövlətlərdə olan Azərbaycan Respublikasının vətəndaşları üçün Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















