• $
  • €
  • ₽
  • ₺
  • £

2,3 milyon Azərbaycan vətəndaşı seçkilərdə iştirak etməyəcək - SƏBƏB

2,3 milyon Azərbaycan vətəndaşı seçkilərdə iştirak etməyəcək - SƏBƏB
16.11.2019 18:13
Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu ilin dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri üçün 5 milyon 20 min 287 ədəd seçki bülleteni hazırlanacaq.

Yeniavaz.com xəbər verir ki, hər bir seçici üçün 1 ədəd seçki bülleteni nəzərdə tutulduğu üçün bu, ölkə əhalisinin təxminən yarısının seçkilərdə iştirak edəcəyi deməkdir.

Onu da bildirək ki, açıqlanan son rəsmi məlumatlarda təxminən 2,7 milyon şəxsin yaşı 18-dən az olduğu üçün onların seçkilərdə iştirak hüququ yoxdur.

10 milyonluq ölkə əhalisinin sayından 2,7 milyon seçkilərdə iştirak hüququ olmayan şəxslərin sayını çıxdığımız zaman təxminən 7,3 milyon vətəndaşın seçkilərdə iştirak etməsi lazımdır. Amma qeyd etdiyimiz kimi Mərkəzi Seçki Komissiyası 5 milyon seçki bülleteni hazırlayacaq. Bu həm də o deməkdir ki, təxminən 2,3 milyon şəxs seçkilərdə iştirak etməyəcək.

Məlumat üçün bildirək ki, Seçki Məcəlləsinin 16-cı maddəsində qeyd olunur ki, səsvermə günü xarici dövlətlərdə olan Azərbaycan Respublikasının vətəndaşları üçün Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.

Açıqlanan rəqəmlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycan vətəndaşlarının təxminən 1/5-i və ya 2,3 milyon nəfər xarici ölkələrdədir
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol