Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır

Hazırda Litvanın aparıcı ali təhsil müəssisələrində 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə keçirilən mətbuat üçün brifinqdə deyib.
Onun sözlərinə görə, Litvada təhsil alan azərbaycanlı gənclər iki ölkə arasındakı münasibətlərin mühüm komponentlərindən biridir.
Bayramov qeyd edib ki, ötən il Litvadan Azərbaycana 3 000-dən çox turist səfər edib.
XİN rəhbəri hesab edir ki, iki ölkə arasında birbaşa uçuşların təşkili məsələsinin gündəmdə saxlanılması və həlli humanitar və turizm əlaqələrinin inkişafına əlavə təkan verə bilər.

























