Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur

Rusiya-Ukrayna müharibəsinin davam etməsi, bunun region və daha geniş coğrafiya üçün yaratdığı risklər, eləcə də Yaxın Şərqdə gərgin vəziyyət və İran ətrafındakı qeyri-sabitlik narahatlıq doğuran əsas məsələlər sırasındadır.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə keçirilən mətbuat üçün brifinqdə deyib.
Nazir bildirib ki, görüşdə regional və beynəlxalq gündəlikdəki məsələlər, o cümlədən Ermənistanda yeni konstitusiya layihəsinin dərc olunması və TRIPP layihəsinin real fəaliyyətə başlaması ətrafında fikir mübadiləsi aparılıb.
Bayramovun sözlərinə görə, tərəflər müharibə və münaqişələrin sona çatmasının, onların diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

























