“26-lar”ı ziyarət edən kommunistlər partiyadan qovuldu - Qalmaqal

09:44 | 30.09.2017
“26-lar”ı ziyarət edən kommunistlər partiyadan qovuldu - Qalmaqal

“26-lar”ı ziyarət edən kommunistlər partiyadan qovuldu - Qalmaqal

Sentyabrın 20-də bir qrup kommunistin "26 Bakı komissarları”nın məzarını ziyarət etməsi Azərbaycan kommunistləri arasında əsl qalmaqala səbəb olub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Kommunist Partiyasının sədri olduğunu bəyan edənlərdən biri - Telman Nurullayev sentyabrın 24-də bəyanat verərək "26-lar”ı ziyarətə gedən Ədalət Abdinovun partiyadan qovulduğunu elan edib.

Ədalət Abdinov isə bu bəyanatı "zibil qutusuna layiq olmayan” kağız parçası adlandırıb.

Məsələ haqqında danışan Ədalət Abdinov bildirib ki, dövlət qeydiyyatı olmadığı halda fırıldaqçılıq edib kommunistlərə qeydiyyatdan keçməsi barədə uzun illər ərzində utanıb-qızarmadan yalan danışan Telman Nurullayev bəyanat adlı cızmaqara quraşdırıb və haqlı əməlimizlə "işverənlik” xislətinə sadiq qalıb:
"Məkr və hiylə yolunun yolçusu olan bu şəxs ünvanıma hədyanlar söyləyib. Fitnəsi də odur ki, guya mən 26 Bakı komissarlarının məzarını ziyarət etməklə ictimaiyyət arasında qarşıdurmalar yaratmışam. Burada musavatçılarla onların sədaqətli nökəri Telmanın dedikləri üst-üstə düşür. Bax, buna deyərlər həyadan uzaq namərdlik! Elə həmin Telman dəfələrlə bizi öz şəxsi avtomobilində 26 Bakı komissarlarının məzarını ziyarət etməyə aparıb və öz çirkli əlləri ilə ora gül dəstəsi qoyub. Bununla bağlı təqdim etdiyim şəkillər də dediklərimi sübut edir”.

Ədalət Abdinov daha sonra qeyd edib ki, Telman Nurullayev hiyləgərcəsinə bunları uydurur: "…dövlətçiliyin əksinə olan bəyanatları nəzərə alınaraq, Ədalət Abdinov AKP MK rəhbərliyindən və partiya üzvlüyündən də azad edilmişdir”. Mən də sual edirəm: belə bəyanat harada və nə vaxt verilib? Yoxdur belə bəyanat! Bilinən odur ki, Telman kimi namərdlər üçün mənəvi hakim yoxdur!

Telmanın etdiyi saxtakarlıqlardan biri də odur ki, guya məni Azərbaycan KP MK-nın 30 iyul 2017-ci il tarixli plenumunda partiya sıralarından azad edib. Halbuki mən partiya dövlət qeydiyyatından keçmədiyi və qeyri-qanuni fəaliyyət göstərdiyi üçün, bu barədə Telmanın yalanları, fırıldağı məlum olandan sonra Xətai rayon partiya təşkilatının 07 may 2017-ci il tarixli qərarı ilə ərizəm əsasında çıxmışam. Ən əsası odur ki, plenumun kommunisti partiyadan azad etmək səlahiyyəti yoxdur, bu məsələ ilk təşkilatda həll olunur. Gördüyünüz kimi, Telman öz kooperativ partiyasında kələkbazlıqla, aldatma ilə məşğuldur. Bu onu göstərir ki, Telman və onun rəhbərlik etdiyi kooperativ partiyasının MK və MK bürosunun üzvləri partiya Nizamnaməsinin tələblərini bilmir və ya bildikləri halda qəsdən pozur. İkincisi, əgər məni partiyalarının üzvü hesab edirdilərsə, məsələm həll edildiyi halda, məni niyə plenuma dəvət etməyiblər? Belə fəaliyyət göstərən partiyanın bəyanatı da onun kimi saxta və uydurmadır. Hələ bəyanat qəbul edən MK bürosunun çağırılıb-çağırılmaması da şübhəlidir. Aldığım məlumata görə, Telman növbəti yalanını uydurur, belə bir büro keçirilməyib”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti