23-25 Noyabr 2023 tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin birgə təşkilatcılığı ilə Ulu Öndər Umumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "3-cü Azərbaycan Hematologiya Mütəxəssisləri Konqresi” keçiriləcəkdir.
Konqres çərçivəsində Azərbaycanda ilk dəfə 1-ci Beynəlxalq Qan bankı və Transfuzion Tibbi Simpoziumu keçiriləcəkdirvə Tükiyə Cumhuriyyətinin Türk Kızılay Cəmiyyəti, Qan Mərkəzləri və Transfuziya Cəmiyyətlərinin üzvlərinin iştirakı ilə birgə çıxışlar Ölkəmizdə Qan Mərkəzlərinin inkişafında böyük rol oynayacaqdır.
Simpozium çərçivəsində 18 elmi sessiya, 5 şifahi məruzə paneli,posterlərin müzakirəsi çətin idarə olunan klinik halların müzakirəsi,3 nəzəri-praktik kurs, "Morfologiya və sitogenetika” kursu , "Immunohematoloji Testlər” kursu və "Tibb bacılığı” kursu tərtib olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !