3 May Türkçülük günüdür!

13:00 | 03.05.2014
3 May Türkçülük günüdür!

3 May Türkçülük günüdür!

Bu gün - 3 May Türkçülük Gününün 70 illiyidir.ANS PRESS-in xəbərinə görə, mayın 3-ü türk dünyasında Türkçülük Günü kimi qeyd olunur. Hər ilin bu günü bütün türklər türk dünyasının böyük şairi və fikir adamı Hüseyn Nihal Atsızın turançılıq iddiası ilə məhkəməyə çəkilməsindən başlayan özünə dönüş gününü qeyd edir.Xatırladaq ki, Türkçülük bayramının keçirilməsinin tarixi 70 il öncəyə gedib çıxır. Bu tarixi gün ilk dəfə 1945-ci il mayın 3-də Topxana Hərbi Həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, 10 nəfər məhkum tərəfindən qeyd olunub. Bundan sonra həmin gün daha geniş miqyas əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb. Azərbaycanda Türkçülük Günü 1992-ci ilin may ayının 3-dən etibarən qeyd olunmaqdadır. Həmin tarixdə Bakıya gələn Başbuğ Alparsılan Türkeşin və milli hərəkat lideri Elçibəyin iştirakı ilə bu bayram Azadlıq meydanında böyük təntənəli şəkildə qeyd olunub. Həmin gündən etibarən, bu bayram Turan ideyasının daşıyıcıları arasında keçirilməkdədir. Milli-azadlıq hərəkatının lideri, mərhum prezident, böyük turançı Əbülfəz Elçibəyin sağlığında bu tarix Azərbaycanda daha təntənəli şəkildə qeyd olunurdu. Elçibəyin ölümündən sonra isə Azərbaycanda bəzi partiyalar onun doğum gününü, yəni 24 iyunu Türkçülük günü kimi keçirirlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM