3 min illik xərçəng

17:05 | 20.03.2014
3 min illik xərçəng

3 min illik xərçəng

Nil çayı sahilindəki bir məzardan çıxarılan cəsəd alimləri təəccübləndirib.

İnsan skeleti üzərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, cəsədin sahibi xərçəng xəstəsi olduğu üçün həyatını itirib. İngiltərənin Durham Universitetinin professoru Mişel Binderin sözlərinə görə, skeletin sahibi 25-35 yaşlarında həyatını itirib. 3 min 200 il əvvəl yaşamış şəxsin sümüklərində xərçəng hüceyrələrinə rast gəlinib. Bu da xərçəngin son zamanlara yarandığını deyil, əsrlər əvvəl də mövcud olduğunu sübut edib. 

"Yeni Müsavat" qəzeti

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM