300 min adamın ölümünə yardım edən keçmiş faşist indi cəza aldı

14:05 | 15.07.2015
300 min adamın ölümünə yardım edən keçmiş faşist indi cəza aldı

300 min adamın ölümünə yardım edən keçmiş faşist indi cəza aldı

Hitler hakimiyyəti illərində 300 min adamın ölümünə yardım etməkdə ittiham olunan 94 yaşlı SS zabiti Oskar Gröninq  4 il həbs cəzasına məhkum edilib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Almaniyanın Luneburq şəhərində başlanan məhkəmədə dövlət ittihamçısı faşist zabiti Oskar Gröninqin 3,5 il həbs cəzası verilməsi istənilmişdi. Vəkilləri isə onun bəraətini tələb etmişdilər.

Amma hakim 300 min insanın ölümünə yardım etməkdə cinayəti  sübuta yetirilən keçmiş SS-çinin cəzasını daha ağır kəsib və onu 4 il müddətinə azadlıqdan məhrum edib. 

Hazırda onun tibbi yoxlanılması davm edir, bundan sonra onun cəzasının həbsxanada çəkib-çəkməyə səhhətinin yol verdiyi dəqiqləşdiriləcək.

Gröninq 1944-cü ildə Holokost zamanı nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi "Auşvitz"də ora gətirilən yəhudilərin dəyərli əşyalarını və pullarını toplayaraq özünə və özündən böyük səlahiyyət sahiblərinə verməkdə ittiham olunurdu. O, ictimaiyyət arasında "Auşvitz mühasibi" adlanır. O, günahını etiraf edib və bundan peşmançılıq çəkdiyini dilə gətirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM