"Yeni ilin qarşıdakı aylarında davamlı sülhə nail olmaq mümkündür. Xarici müdaxilə olmadan İran, Rusiya və Türkiyənin iştirakı ilə 3+3 formatı çərçivəsində Ermənistan və Azərbaycan arasında real sülhə nail olmaq mümkündür. ” - nazir Ermənistanın xarici işlər naziri ilə danışarkən deyib.
Ermənistan xarici işlər naziri əlavə edib ki, İrəvan sülh sazişinin bağlanması üçün Bakıdan növbəti təkliflər paketi alıb və vaxtında cavab verəcək.
Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və sonradan "3+3” adını alıb. Rusiya və İran bu ideyanı alqışlayıb və Ermənistan da bu formata qoşulub. Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bəyan edib. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib.
Bir gün əvvəl Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla MDB iclasından sonra sülh gündəliyi ilə bağlı məsələni müzakirə edib.
Dekabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan televiziyasında müsahibəsində bildirib ki, Ermnistanla 2024-cü il görüşlərin keçirilməsinə ümid edir.
Nazir bildirib ki, sülh müqaviləsi sənədi ilə bağlı noyabrda Ermənistan aldıqları təkliflər paketini işləyərək Ermənistana göndəriblər.
Bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar.
Yanvarda Ermənistanla Azərbaycanın xarici işlər nazirlərinin yanvarda ABŞ-da görüşməsi ilə bağlı razılıq əldə olunub.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !