34 Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırıldı - RƏSMİ AÇIQLAMA

14:44 | 22.03.2020
34 Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırıldı - RƏSMİ AÇIQLAMA

34 Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırıldı - RƏSMİ AÇIQLAMA

22 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının 34 vətəndaşı Rusiyanın "Aeroflot” aviaşirkətinin təyyarəsi ilə Moskvanın A.S. Puşkin
adına Şeremetyovo beynəlxalq hava limanından Bakıya yola salınıb, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb. 
 
Məlumatda bildirilir ki, bu Səfirliyin və "Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olmuşdur.


"Yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın Azərbaycana yola salınması məsələsi səfirliyin ciddi nəzarəti altındadır. Burada
səfirlik "AZAL” aviaşirkətinin Rusiyadakı nümayəndəliyi ilə birgə fəaliyyət göstərir", deyə açıqlamada vurğulanıb. 


Azərbaycana getmək istəyən soydaşlarımıza səfirliyin "qaynar xətlərinə” (+7977 442 2954, +7977 442 2964) və ya "AZAL”ın Moskvadakı
nümayəndəliyinə (+7499 243 3302, +7499 243 3307, +7495 660 1777) zəng etmələri xahiş edilir.

Səfirlik həmçinin Azərbaycana qayıtmaq istəyən soydaşlara "AZAL” aviaşirkətinin xidmətlərindən yararlanmağa çağırır. Çünki bu gərgin vəziyyətdə
səfirliyin digər aviaşirkətlərlə əməkdaşlıq imkanları olduqca məhduddur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM