İnterpress.az yerli mətbuata istinadən xəbər verir ki, 35 yaşlı Şarofuddin Qiyasi həyat yoldaşı Samira Qiyasini əlləri ilə boğaraq öldürüb. O, həyat yoldaşını öldürdükdən sonra yaşadığı yeri tərk edib.
Hadisəyə səbəb kimi ər və arvad arasında ailə-məişət münaqişəsinin baş verməsi göstərilir.
Yelri mətbuat onların 2016-cı ildə ailə həyatı qurduğunu yazır.
S.Qiyasinin 9 yaşı olduğu bildirilir.
Əfqanıstan hüquq-mühafizə orqanları tərəfindən mərhum qızın valideynləri saxlanılıb. Onlar azyaşlı qızın zorla ərə verilməsi maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır. Cİnayəti törətməkdə şübhəli bilinən Ş.Qiyasi isə axtarılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !