Sosial Tədqiqat Mərkəzinin "Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inanırsınızmı?” sualına respondentlərin 95.8%-i inandığını, 3.6%-i inanmadığını, 0.6%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib. Bu barədə Bu barədə Sosial Tədqiqat Mərkəzinin sorğusunda qeyd olunub.
Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan istifadə olunmaqla keçirilib.
Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
Azərbaycanın Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi Ermənistan tərəfindən 1990-1992-ci illərdə işğal edilib. İşğal altında olan bu 8 kəndin 4-ü Azərbaycanın eksklav əraziləridir.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !