38 müəssənin sahibkarı cərimələndi

11:08 | 27.11.2013
38 müəssənin sahibkarı cərimələndi

38 müəssənin sahibkarı cərimələndi

Gigiyenik normalara cavab verməyən 38 müəssisənin sahibkarı cərimələnib. 

ANN.Az-ın Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin oktyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan müəssələr cərimələnib. Həmçinin laboratoriya müayinələrinin nəticələrinə görə, gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 38 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. 13 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 20 nəfər isə işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 721, mikrobioloji göstəricilərinə görə 660, toksikoloji göstəricilərinə görə 137, radioloji göstəricilərinə görə 12 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 2-də orqanoleptik və fiziki-kimyəvi, 5-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 3582 yaxma nümunəsi, 215 soyuq qəlyanaltı nümunəsi götürülüb. 44 yaxma nümunəsi və 1 soyuq qəlyanaltı nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Oktyabr ayı ərzində əhali arasında 71 qida zəhərlənməsi hadisəsi baş verib. 79, nəfər zərərçəkən olub. O cümlədən 3 botulizm hadisəsi baş verib və 3 nəfər bundan zərər çəkib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM