3D-printerdə protez gözlər çap edildi - İLK DƏFƏ+FOTO

17:55 | 30.11.2013
3D-printerdə protez gözlər çap edildi - İLK DƏFƏ+FOTO

3D-printerdə protez gözlər çap edildi - İLK DƏFƏ+FOTO

 

Britaniya şirkəti "Fripp Dizayn" müasir texnologiyalardan istifadə edərək 3D-printerin köməyi ilə göz protezlərini yaradıb.

 

ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, firma nümayəndələri bu cür metodun başqa texnologiyalarla müqayisədə maliyyə xərclərinin və vaxt itkisinin önəmli dərəcədə azaltmağa imkan verəcəyini deyiblər. Bununla belə 3D-protezlərini orijinallarından ayırmaq praktik olaraq mümkün olmayacaq. Saatda 150 belə göz istehsal etmək mümkündür ki, bu da pasiyentlərin az xərcə düşməsi deməkdir. “FedPost.ru”-nun məlumatına görə, bu protezlər  100 funt ($165) qiymətində ola bilər.

 

"Biz gözün rəqəmli 3D-təsvirini yaradırıq. Hazırda bu metod unikaldır. Əl işi bir neçə ay vaxt apara bilər. Biz isə sadəcə düyməni basmaqla onu çap edə bilərik", - istehsal prosesini qaydaya salmağa kömək etmiş Lyuis Qrin belə deyir.

 

Qeyd edilir ki, mütəxəssislərə hələ istehsal prosesini tamamlamaq lazımdır, ancaq "Fripp Dizayn" şirkətinin nümayəndələri inandırırlar ki, protezlərin satışı ən yaxın 12 ay ərzində başlanacaq.

  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM