ANN.Az dünya mediasına istinadən xəbər verir ki, ötən həftə internet kəsintisi ilə qarşılaşan Şimali Koreyada 3G şəbəkəsi çöküb. Ölkə rəhbərliyi buna görə ABŞ-ı günahlandırıb.
Ölkə ərazisində 3G şəbəkəsinin olmaması təxminən 9 saat davam edib və ən böyük zərər ağıllı telefonlara dəyub. Təxmin edilir ki, Şimali Koreyada yaşayam 25 milyon əhalinin 1.7 milyonu mobil telefon istifadəçisidir. Problemi yoluna qoyan ölkə indi bunun baiskarını axtarır.
Bir neçə gün əvvəl Şimali Koreya və ABŞ arasında siyasi konflikt yarandı. ABŞ-ın Federal Tədqiqat Bürosu Şimali Koreyanı "Sonu Pictures"ə haker hücumunda günhalandırmışdı, prezident Obama Şimali Koreyaya qarşı sərt çıxış etmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !