2024-cü ilin yanvar-aprelində Azərbaycandan qeyri-neft məhsullarının ixracı 920,0 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 22,5%, real ifadədə 30,2% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
İxracın 35,5 %-ni İtaliyaya, 16,0 %-ni Türkiyəyə, 7,7 %-ni İsrailə, 6,3 %-niHindistana, 4,0 %-ni Rusiyaya, 3,7 %-ni Almaniyaya, 3,3%-ni Çexiyaya, 2,7 faizini
Rumıniyaya, 2,6 %-ni Gürcüstana, 2,5%-ni Tailanda, 2,3 %-ni Bolqarıstana, 2,1 %-ni Yunanıstana, 1,5 %-ni Tunisə, hər biri 1,4 %-i olmaqla Portuqaliya və Xorvatiyaya, 0,8%-ni Polşaya, 0,7 %-ni Fransaya, hər biri 0,6 % olmaqla İndoneziya, Ukrayna və
İspaniyaya, 0,4 %-ni İsveçrəyə, 3,3 %-ni isə digər ölkələrə göndərilmiş məhsulların
dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,5 %), Türkiyəyə
(22,3%), Gürcüstana (8,7%), İsveçrəyə (3,7 %), Ukraynaya (3,2 %), Türkmənistana
(2,8 %), Qırğızıstana (2,3%), ABŞ-a (1,8 %), Qazaxıstana (1,8%), Birləşmiş Ərəb
Əmirliklərinə (1,7 %), Belçikaya (1,7 %), Belarusa (1,3%), İtaliyaya (1,3%),
Almaniyaya (1,1%) göndərilmiş malların payına düşüb.
2023-cü ilin sonunda Azərbaycandan qeyri-neft ixracı rekord həddə - 3,3 milyon dollara çatıb (2022-ci ilin buraxılışının +9,8%-i).
2027-ci ildə qeyri-neft ixracının həcmi 5,3 milyon dollar artacaq.
Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !