O
bildirib ki, 2020-ci
ildə təsis edilən Cinayət təqibindən kənar icraatlar idarəsi və yerlərdə həmin
sahəyə cavabdeh olan rayon prokurorlarının köməkçiləri tərəfindən indiyə qədər
701 cinayət xarakterli məlumat araşdırılıb.
"Ümumilikdə,
inzibati xəta haqqında işlər üzrə başlanılmış icraatlardan 418-i fiziki, 530-u
vəzifəli, 84-ü hüquqi şəxslər barəsində olub. Bunların əhəmiyyətli hissəsi
ekoloji pozuntularla bağlı olub.
İdarə tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan
qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə 229 təqdimat
və qanun pozuntularından çəkindirmək məqsədilə 197 rəsmi xəbərdarlıq edilib”, -
Əliyev Xankəndində keçirilən "Ətraf Mühitinin Gücləndirilməsində Maarifləndirmə
və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda elmi-praktiki konfransda qeyd
edib.
Hesabat dövründə büdcədən 10 milyard 749 milyon 500 min manat xərclənib.
Büdcə vəsaitlərinin 19,5 %-i iqtisadi fəaliyyətin, 18,5 %-imüdafiə və milli təhlükəsizlik tədbirlərinin, 17,2 %-i ümumi
dövlət xidmətlərinin, 16,6 %-i təhsil və səhiyyənin, 12,3 %-i
sosial müdafiə və sosial təminatın, 15,9 %-i isə digər sahələrin
maliyyələşdirilməsinə xərclənib.
Bununla da büdcənin icrasında 2 milyard 509 milyon 900 min profisit yaranıb.
Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !