4 uşağı öldürən pilotlar cəzasız qaldı

15:20 | 12.06.2015
4 uşağı öldürən pilotlar cəzasız qaldı

4 uşağı öldürən pilotlar cəzasız qaldı

İsrail Hərbi Prokurorluğu Qəzza sahilində oynayan 4 uşağın ölümü ilə bağlı qaldırılmış cinayət işini qapadıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, cinayət işi "hər hansı bir günah təsbit edilməyib" - deyə bağlanılıb.

Qeyd edək ki, 2014-cü il iyul ayının 17-də Qəzza sahilində futbol oynayan 4 uşaq qətlə yetirilmişdi. İsrail Ordusunun rəsmi açıqlamasına görə, Qəzza sahilində futbol oynayan 4 uşağın ölümü ilə bağlı qaldırılmış cinayət işinin "Pilotlar hüquqa uyğun hərəkət edib" -deyərək qapadılıb və kimsəyə cəza verilməyib.

Əsirlər və İnsan Haqları Araşdırma Mərkəzinin müdiri Fuad el-Hafeş mövzu ilə bağlı açıqlamasında "İsrail ordusunun cinayət törədənlərə qarşı cinayət işi açması əvvəlcədən sadəcə dünya ictimaiyyətini aldatmaq məqsədi daşıyır. Bu hiylə dünyanın gözü önündə qatil bir dövlətə makiyaj etmək deməkdir" - ifadələrini işlədib.

Hafes İsrailin bu kimi dosyalarının Beynəlxalq Cəza Məhkəməsinə göndərilməsi üçün Fələstin hökumətinə müraciət edib. 

Xatırladaq ki, hadisə nəticəsində sahildə futbol oynayan 4 uşaq həlak olmuş, 2 uşaq isə yaralanmışdı. Hadisə təhlükəsizlik kamerilarının yaddaşına bütünlüklə düşmüşdü.

Keçən il 7 iyuldan başlayan döyüş 51 gün davam etmiş, 2 mindən çox fələstinli həlak olmuş, 11 mindən çox kişi yaralanmış, minlərlə yaşayış binaları dağılmış, yaxud qəzalı vəziyyətə düşmüşdü.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM