Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları haqqında məlumat verilərkən bildirilib.
Qeyd olunub ki, bülletenlər səsvermə gününə 35 gün qalmış çap edilməlidir.
İclasda həmçinin Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının seçkilərdə məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !