Türkiyənin Bursa şəhərində yaşayan Mustafa adlı balaca 17 aylıqkən hacı olub. ANS PRESS-in məlumatına görə, kiçik Mustafa 4 yaşında "Qurani-Kərim"i oxumağı öyrənib və 5 yaşında müqəddəs kitabı oxuyaraq, bitirib. Atası Mehmet Yazar tərəfindən 4 yaşında xüsusi bir məktəbə göndərilən Mustafa burada dualar və "Qurani-Kərim"i öyrənməyə başlayıb. İstetdalı uşaq 1 aylıq qısa zaman kəsiyində müqəddəs kitabı oxumağı öyrənəndən sonra, 5 ay ərzində xətm etməyi bacarıb. Balacanın atası oğlunun qısa müddətdə və belə kiçik yaşda "Qurani-Kərim"i xətm etməsindən heyrətə gəldiyini deyib. Və bunu “möcüzə ” adlandırıb. Oğlu haqqında bunları deyib:"Mustafanı 17 aylıqkən Həccə apardıq. Bizim etdiyimiz kimi dua etdi. Daha sonra Ümrəyə də apardıq. Bu il məktəbə başladı. Orada da "Qurani-Kərim"i oxumağı öyrənib. Mən müqəddəs kitabı 5 yaşındakı bir uşağın öyrənəcəyini təxmin etmirdim. Demək ki, bu, "Qurani-Kərim"in bir möcüzəsidir. Gündə 2-5 səhifə oxudu. Sonda isə bütün kitabı xətm etdi".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !