"İlin fotosu” Suriyadan ailəsi ilə birlikdə qaçaraq İordaniyada Mafrak şəhərində qaçqın sığınacağına yerləşən 5 yaşlı Zəhranın fotosu seçilib.
İkinci yeri Myanmada zülmə məruz qaldığı üçün araq Banqladeşə sığınan Arakanlı qadının uşağı ilə birlikdə çəkildiyi fotosu tutub.
İlin ən təsirli 3-cü fotosu da yenə Myanmadan qaçan müsəlmanlara aiddir. Banqladeşdəki qaçqın sığınacağına ərzaq yardımı edilərkən orada yaşanan tragediya bu təsirli kadrda qeydə alınıb.
Qeyd edək ki, "İlin fotosu” müsabiqəsinə ümumilikdə 115 foto təqdim edilib. 2000-ci ildən etibarən hər il keçirilən müsabiqədə daha çox uşaqların həyatlarını və çətin yaşam vəziyyətlərini ifadə edən fotolara üstünlük verilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !