50 milyonluq rəsm hərraca çıxarılır

20:05 | 14.06.2014
50 milyonluq rəsm hərraca çıxarılır

50 milyonluq rəsm hərraca çıxarılır

İyunun 23-də Londonun Sotheby's hərracında fransız rəssam Klod Monenin “Su zanbaqları” (Nymhyeas) əsəri satışa çıxarılacaq.
ANS Press-in məlumatına görə, 1906-cı ildə çəkilmiş rəsmin ilkin satış qiyməti 30-50 milyon ABŞ dollar dəyərində qiymətləndirilir. "Su zanbaqları" impressionizm cərəyanının böyük vurğunu olan kolleksiyaçı Pol Dyuran-Ruelyanın arxivində saxlanılıb. İndiyədək rəsm Nyu - Yorkun Müasir İncəsənət Muzeyi, Parisin Milli İncəsənət Muzeyi, eləcə də Hyuston şəhərinin Mərkəzi Muzeyində sərgilənib.
Qeyd edək ki, dünya mədəniyyəti inciləri sırasında yer alan "Su zanbaqları" mifik xüsusiyyətə malikdir. Əsər dəfələrlə yanğın təhlükəsiylə üz-üzə qalsa da, təsadüf nəticəsində məhv olmayıb. 
İlk belə yanğın Monenin emalatxanasında, daha sonra əsəri alan şəxslərin evlərində, o cümlədən Nyu-York muzeyində baş verib. Lakin baş verən yanğınların heç birində rəsm ciddi zərər görməyib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM