6 ayda nə qədər əmək müqaviləsi bağlanıb? - Statistika

10:51 | 09.07.2024
6 ayda nə qədər əmək müqaviləsi bağlanıb? - Statistika

6 ayda nə qədər əmək müqaviləsi bağlanıb? - Statistika

2024-cü ilin altı ayında əmək müqavilələrin sayı 43 min artaraq 1 milyon 851 min 588-ə çatıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. 
 
Hesabat dövründə əməkhaqqı fondunda daha 4,9 faiz artım qeydə alınıb.
 
Bundan əvvəl Dövlət Vergi Xidməti bildirib ki, Son beş ildə Azərbaycanda əmək müqavilələrinin sayında 452 692 vahid artım olub. 
 
2018-ci ildən bu yana əmək müqavilələrində 38%, əməkhaqqı fondunda isə 2,7% artım olub. 
 
İyunda Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib ki, hazırda  ölkədə 65% insan əmək müqaviləsi olmadan çalışır. 
 
Deputat təklif edib ki, muzdlu işçilərin sayını artırmaq lazımdır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM