Gələn ildən etibarən Avropa İttifaqı vətəndaşlığını pulla əldə etmək qanuni qaydada mümkün olacaq.
Gün.Az-ın verdiyi xəbərə görə, bununla bağlı qanun layihəsi Malta parlamenti tərəfindən qəbul olunub.
Qanuna əsasən, 650 min avro ödəyən hər bir şəxs Malta vətəndaşlığı əldə etmək və bununla da avtomatik olaraq Avropa İttifaqı vətəndaşı olmaq və Şengen məkanında sərbəst hərəkət etmək hüququnu qazanacaq.
Yeni Malta vətəndaşları sərhəd nəzarəti olmadan Şengen məkanında sərbəst hərəkət etməklə yanaşı, Avropa İttifaqı ərazisində iş bazarına giriş, səsvermə hüququ və ittifaq ərazisində yaşayış yerinin sərbəst seçimi kimi imtiyazlara da sahib olacaqlar.Maltanın baş naziri Yozef Muskat bildirib ki, qanun qəbul olunandan sonrakı ilk ildə 45 nəfərə Malta vətəndaşlığının satılması nəzərdə tutulur və dövlət büdcəsinə 30 milyon avro vəsait daxil olacaq. Sonrakı illərdə vətəndaşlığa müraciət edənlərin sayının 200-300 nəfərə kimi artacağı gözlənilir.Qeyd edək ki, bir sıra Avropa dövlətləri ölkəyə yatırılan investisiyaların həcmindən asılı olaraq, əcnəbi vətəndaşlara daimi yaşayış hüququ və həmin hüquqi baza əsasında vətəndaşlıq vermək təcrübəsinə malikdirlər.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !