Mursinin tərəfdarlarının məhvi davam edir
Misir məhkəməsi "Müsəlman qardaşlığı" təşkilatının lideri Məhəmməd Badie də (Mohammed Badie) daxil olmaqla, 683 nəfər barəsində ölüm hökmü çıxarıb. ANS PRESS-in məlumatına görə, bu barədə müttəhimləri müdafiə edən vəkillər bildiriblər.
Devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarı olan Məhəmməd Badie və təşkilatın 682 üzvü ötən il polis məntəqələrinə hücumlarda ittiham edilirlər. Minya Cinayət Məhkəməsinin çıxardığı qərara görə barəsində ölüm hökmü çıxarılanlar 21 iyunda edam ediləcəklər.
Qeyd edək ki, məhkəmənin bu ilin mart ayında 529 nəfər barəsində çıxardığı ölüm hökmünün 492-i ömürlük həbs cəzası ilə əvəzlənib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !