"Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo
Federasiyası ilə birgə əməkdaşlıqda həyata keçirdiyi "Doğru yol
budur" sosial kampaniyasına qoşulanların sayı hər gün artır. Artıq Azərbaycanın
müxtəlif bölgələrindən 700-dən çox şəxs bu çağırışa cavab verərək mütəmadi məşqlərdə
iştirak edir. Layihə cəmiyyətimizdə, xüsusilə də gənclər arasında
narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına
və idmana olan marağın artırılmasına yönəlib.
Qeyd edək ki, "Doğru yol budur” kampaniyası çərçivəsində
Cüdo Federasiyasının məktəbləri və bölmələri fəaliyyət göstərən bölgələrdə
qeydiyyatdan keçən gənclərə 1 ay müddətində ödənişsiz cüdo ilə məşğul olmaq
imkanı verilib. Layihə əsnasında məşhur rep ifaçısı Orxan Zeynallı ilə qısametrajlı
film
çəkilib, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri aparılıb. Paytaxt
və Azərbaycanın bir çox bölgələrində, xüsusən də məktəblərin ətrafında və gənclərin
daha çox toplandığı yerlərdə eyni konsepsiyanı davam etdirən posterlər yerləşdirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !