75-ci Kann Film Festivalının vaxtı müəyyənləşdi

22:30 | 22.07.2021
75-ci Kann Film Festivalı 2022-ci ildə mayın 17-dən 28-dək keçiriləcək.

Bu haqda festivalın "Twitter" hesabında məlumat verilib.

74-cü Kann Film Festivalının "Qızıl Palma" mükafatına 37 yaşlı fransız rejissor və ssenaristi Culia Dükurnonun "Titan" filmi layiq görülüb. O, 28 ildən sonra yeni zelandiyalı Ceyn Kamyondan (Jane Campion) sonra bu mükafatı qazanan 2-ci qadın rejissordur. Ceyn Kamyon bu mükafata "Pianino dərsi" filminə görə layiq görülmüşdür.

74-cü Kann Film Festivalının münsiflər heyətinə amerikalı rejissor Spike Lee sədrlik edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM