2024-cü ilin səkkiz ayında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 101 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. Bu barədə Fonddan bildirilib.
Onların 53,73%-ni kişilər, 46,27%-ni isə qadınlar təşkil edib.
Son 6 ayda 22 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 124 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.
Hazırda ölkə üzrə kişilərin pensiya yaşı 65, qadınların isə pensiya yaşı 64 hesablanır.
Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Onların 64,2 %-i yaşa, 23,5 %-i əlilliyə, 12,3 %-i isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.
2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !