Qəzza zolağı ilə Misir sərhədində, İsrail hərbi əməliyyatları səbəbindən səkkiz aydan artıqdır bağlı qalan Rəfah keçidinin bu gün açılması planlaşdırılır. Bu barədə İsrailin dövlət kanalı KAN məlumat yayıb.
Qəzzadan olan 50 yaralının keçid məntəqəsi vasitəsilə Misirə gedə biləcəyi gözlənilir. Keçiddə Avropa Sərhəd Missiyasının (EUBAM) nümayəndələri və HƏMAS-a bağlı olmayan Fələstin rəsmiləri nəzarət edəcək.
İsrail hakimiyyəti hələlik sərhədin açılması ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.
İsrail ordusu 2024-cü il mayın 7-də keçidi tamamilə bağlayaraq Rəfah keçidini nəzarətə götürüb. Bu, anklavı xarici dünya ilə birləşdirən Qəzza zolağına yeganə sərhəd keçididir.
Yanvarın 19-da İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasına Rəfah keçidinin yenidən açılması da daxil olan məqamlardan biri də yer alırdı.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !