Amerikada yaşayan Beyyt Simpson adlı qadın 80 yaşında məşhurlaşıb.
Yaşlı qadının bu qədər məşhurlaşmasının səbəbi isə xərçəng xəstəsi olması və ömrünün son günlərini maraqlı keçirmək istəməsi olub. Simpson öləcəyini öyrəndikdən sonra internetdən istifadə etməyi öyrənmək və gənclər kimi əylənmək qərarına gəlib. İnstaqram sosial şəbəkəsində özünə hesab açan qadın şəkillərini paylaşmağa başlayıb. Hazırda onun 20 min nəfər təqibçisi var. Simpsonun paylaşdığı şəkillər təqibçiləri tərəfindən maraqla qarşılanır. Yaşlı qadın hər dəfə təqibçilərinin sayının artdığını gördüyü zaman çox sevindiyini deyir.
"Yeni Müsavat" qəzeti
Bizi sosial şəbəkələrdə izləyin !