80,9% respondet sülh müqaviləsini dəstəklədiyini açıqlayıb

11:41 | 11.10.2023
80,9% respondet sülh müqaviləsini dəstəklədiyini açıqlayıb

80,9% respondet sülh müqaviləsini dəstəklədiyini açıqlayıb

Sosial Tədqiqatlar Mərkəzinin sorğu nəticələrinə görə respondentlərin 80,9%-i Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini dəstəkləyir. Bu barədə Mərkəzin son sorğu hesabatında qeyd olunub. 
 
Sorğuda iştirak edənlərin 18,3% sülh müqaviləsini dəstəkləmədiyini, 0,8%-i isə suala cavab verməkdə çətinlik çəkdiyini açıqlayıb. 
 
Mərkəz sorğunu 385 respondent arasında keçirib və nəticələr 12 iqtisadi rayonu əhatə edib. 
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yaranıb. 
 
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi üçün razılığı olduğunu qeyd edib. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 
 
Azərbaycan tərəfi sonuncu dəfə sülh sənədini Ermənistana göndərib. Ermənistan tərəfi həmin sənəd üzərində işlədiyini vurğulayıb. 
 
Sentyabrın 28-də Qarabağın separatçı rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM