9 kq-a yaxın civəni satmaq istəyərkən yaxalandı

17:18 | 28.02.2017
9 kq-a yaxın civəni satmaq istəyərkən yaxalandı

9 kq-a yaxın civəni satmaq istəyərkən yaxalandı

Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları külli miqdarda güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən şəxsləri aşkar edib.

Komitənin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Baş İdarə Əməliyyat İdarəsinə əvvəlcədən daxil olan məlumat əsasında Abşeron rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə əməliyyat keçirib. Əməliyyat nəticəsində Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yerləşən "Neapol" hotelinin həyətində Azərbaycan vətəndaşı Əliyev Etibar Rza oğlu ümumi çəkisi 8830 qram olan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.

Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Etibar Əliyevə civəni satması üçün təhvil verən Azərbaycan vətəndaşı Bayramov İlqar Bayram oğlu Bakı şəhəri, 20 Yanvar dairəsinin yaxınlığında saxlanılıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd edilən cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM