Bu il iyunun 1-ə olan məlumata əsasən, Azərbaycanda əhalinin sayı 9636,3 min nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumatda deyilir.
Komitədən bildirilib ki, iyunun 1-dək Azərbaycan əhalisinin sayı 43,3 min nəfər və ya 0,5 faiz artıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir.
Hazırda hər 1000 nəfər kişiyə 1009 qadın düşür. Əhalinin 49,8 faizi kişilərdən, 50,2 faizi isə qadınlardan ibarətdir. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,9 faiz təşkil edir.
Bu ilin 5 ayı ərzində Azərbaycanda 23,8 min ölüm halı qeydə alınıb. Ötən ilin müvafıq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,3-dən 6-a qədər azalıb.
Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili işlər Nazirliyinin müvafıq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1043 nəfər gələn və 355 nəfər ölkədən gedən qeydə alınıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !