Zərif cinsə məxsus birisinin iş dünyasında idarə heyətinin sədrliyinə qədər yüksəlməsi nadir hallarda rastlaşan faktdır.
London Birjasının indeksi olan və 100 şirkətdən ibarət FTSE indeksində yer alan şirkətlərin idarəetmə komissiyalarında qadınların nisbəti yalnız 22,8 faiz təşkil edir. FTSE 250 indeksi daha kiçik miqyaslı şirkətlər arasında isə bu nisbət 17,4-ə qədər azalır.
Qadın CEO-ların göstəricisi isə daha azdır: İngiltərədəki ən iri 100 şirkətdən yalnız 5-də qadın rəhbər vəzifə tutur. Onlardan biri 50 milyard sterlinq büdcəyə malik "Newton Fund Management"in CEO-su Helena Morrisseydir. Bir nüansı qeyd etmək yerinə düşərdi ki, bu qadın həm də 9 uşaq anasıdır.
Yüksək səviyyəli idarəçilik üstünlüyü
"Prioritetlərimi amansızlıqla müəyyənləşdirirəm. Zamanımı da son dərəcə dəqiqliklə nəzarətdə saxlayıram" Morrissey BBC-nin müxbiri ilə söhbətində belə deyib. Evdə ona kömək edən dayəsinin olduğunu və ərinin də ona evdə yaxından yardım etdiyini etiraf edir. Bununla belə o, həm evdəki, həm də iş həyatındakı nailiyyətlərinə görə peşə fəaliyyəti zamanı qazandığı praktikanın önəm daşıdığını deyir: "İcraçı direktor olmaq praktikası öhdəliklərimə düşən gündəlik məsələlərin həlli zamanı daha böyük azadlıqları təmin edir". Morrissey ev-iş məsuliyyətlərinin daha yaxşı tənzimlənməsi üçün qadınların yüksək vəzifələrə gətirilməsinin lazım olduğunu müdafiə edən yeganə rəhbər deyil.
Marissa Mayer
Qadınlar üçün "Sərhədlərini zorla" adlı kitab yazan və "Facebook"un baş əməliyyat işçisi Sheryl Sandberg qeyd edir ki, iş yerlərində qadın işçilərinin sayının çoxalması qadın liderlərin artmasına səbəb olacaq və bu zaman bütün qadınlara qarşı hər kəs daha adil olacaq, ədalətli rəftar nümayiş etdirməyə məcbur olacaq: "Bu qədər işi necə edə bilərəm deyən digər qadınları ruhlandırmaq istəyirəm. Bir az daha çox nəzarət sahibi olana qədər irəliləməyə davam edin".
Müxtəlifliyin əhəmiyyətini dərk edən şirkətlər həmişə uğur qazanır
Helena Morrissey idarəetmə komissiyalarının tərkibində qadınların çoxluq təşkil etməsi nisbətinin tətbiqinə qarşı çıxır, amma bununla belə daha çox sayda qadının rəhbər səviyyələrə yüksəlməsi üçün fəaliyyət göstərir.
2010-cu ilin noyabr ayında ingilis şirkətlərin idarəetmə komissiyalarında qadın rəhbərlərinin göstəricisi 12,5 faiz idi. Belə bir vaxtda H.Morrissey "30 faizlik klub" adı altında bir kampaniyaya start verir. Onun hədəfi 2015-ci ilin sonuna qədər FTSE 100 rəhbərlərindən 30 faizinin qadınlardan ibarət olmasıdır.
Morrissey həmçinin 20 ildən çoxdur ki, iş yerində gender bərabərliyi üçün çalışır və qadınların daha çox uğurlu olmasını istəyən "Opportunity Now" adlı qrupa da rəhbərlik edir.
BBC-nin müxbiri ilə söhbətində o, gün boyu apardığı çətin vəzifə ilə yanaşı bu cür kampaniyalara da xeyli zaman ayırdığını deyir. Amma əksər müştərilərinin onu dəstəklədiyini və bu fəaliyyətinin şirkətin investisiya sahəsindəki mövqeyinə uyğun gəldiyini bildirir: "Müxtəlifliyin əhəmiyyətini qavramış olan şirkətlər, adətən, digər məsələlərdə də önə keçmiş olurlar".
Şəxsi prioritetlərin əhəmiyyəti
"Övladlarının doğum günü ilə eyni vaxtda ABŞ-da vacib tədbirə getmək nəzərdə tutularsa, necə seçim edər" - sualına gəlincə, H.Morrissey "Övladımın əziz günündə onunla birgə olaram" cavabını verib. O, əslində özünü təbii bir lider olaraq görmədiyini, amma bu vəzifəni xoşladığını bildirib.
Hazırladı Nuray
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !