900 türk dünya milyarderləri siyahısında

13:50 | 07.11.2013
900 türk dünya milyarderləri siyahısında

900 türk dünya milyarderləri siyahısında

Beynəlxalq maliyyə şirkəti olan UBS-in hazırladığı "2013-cü il – dünya ultra varlılar siyahısı”na Türkiyədə 900 nəfərin adı salınıb.Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyədə milyarderlərin varidatlarının ümumi həcmi ötən il nisbətən 10,5 faiz artaraq, 105 milyard dollara yüksəlib.Araşdırmaya görə, dünyada 30 milyon dollardan çox varidatı olan şəxslərin ümumi sayı 199 min 235 nəfərdir. Onların sərvətlərinin ümumi həcmi isə 27,7 trilyon dollardır.Türkiyə milyarderlərin sayına görə, Avropada 11-ci yerdə qərarlaşıb.  Onu da qeyd edək ki, araşdırmaya əsasən, dünyada ən çox ultramilyonçular ABŞ-dadır. Bu ölkədə 65 min 505 nəfərin 30 milyon dollardan daha çox varidatı var.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM