Ağacəkmə aksiyası keçirilib

12:33 | 12.05.2022
Ağacəkmə aksiyası keçirilib

Ağacəkmə aksiyası keçirilib

Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Keçirilən aksiyada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA),  Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin keçirilən aksiyada paytaxtın  Binəqədi rayonunun Xocahəsən qəsəbəsində ağac əkilib.

AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov bildirib ki, aksiyada əsas məqsəd dünya ölkələrinin diqqətini bitki sağlamlığı məsələsinə çəkmək, aclıqdan əziyyət çəkən ölkələrdə ərzaq təminatının səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir.

Hər il mayın 12-si Beynəlxalq Bitki Sağlamlığı Günü kimi qeyd olunur. Dünyada Beynəlxalq Bitki Sağlamlığı Günündə əsasən aşağıdakı beş istiqamətdə tədbirlər həyata keçirilir: BMT-nin 2030-cu il gündəliyinə daxil olan "Sıfır aclıq” hədəfinə nail olmaq üçün bitkilərin sağlam saxlanmasının vacibliyi haqqında məlumatlılığın artırılması, beynəlxalq ticarət və səyahət zamanı zərərli orqanizmlərin yayılması riskini minimuma endirmək üçün lazımi fəaliyyətin dəstəklənməsi, bitkiləri və bitki sağlamlığını qorumaq üçün monitorinq və erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi, ətraf mühitin təhlükəsizliyi nəzərə alınaraq, bitki sağlamlığının qorunması üçün davamlı olaraq zərərvericilər və pestisidlərin idarə olunmasının təmin edilməsi, bitki sağlamlığına dair innovasiyaların tətbiqi, tədqiqat və təbliğat işləri üçün investisiyaların təşviq edilməsi.






 
Ləman Qasımova
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM