Bu gün "Jara” musiqi festivalının açılışı ilə bağlı mətbuat konfransı keçirilir.
"Qafqazinfo”nun konfransda iştirak edən əməkdaşı xəbər verir ki, tədbirdə musiqili gecənin təşkilatçıları Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov, Rusiyanın xalq artisti Filip Kirkorov, repçi Baxti, iştirak edib.
Filip Kirkorov konsertdə əsas məsələnin keyfiyyət olduğunu əlavə edib: "Hamı özü qırmızı xalçaya hazırlaşır. Ona görə burada az insan iştirak edir. Amma mənim özüm qırmızı xalçayam. Hər kəsə təşəkkürümü bildirirəm”.
Sergey Kojevnikov KİV nümayəndələrinə proqram haqda danışıb: "Bir gecədə 3 yubiley olacaq. Bəzi yubiley gecələrində qonaq müğənnilərin sayı çox, digərlərində az olacaq. 5-ci gün Bakıda ay tutulması olacaq. Amma yəqin ki, heç kəs bunun şahidi olmayacaq. Hamının gözü səhnədə olacaq”.
Qriqori Leps isə jurnalistlərlə zarafatlaşıb: ""Jara” haqqında film çəkirik. Aeroportdan bu yana bizi lentə alırlar. Oskar artıq cibimdədir. (Gülür)”
Qeyd edilir ki, "Jara”da müğənnilər və komandaları, rəqqaslar daxil olmaqla 1200 nəfər gəlib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !